Son sutka ərzində Ermənistanda koronavirus infeksiyasına 1 192 yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.
Bununla da koronavirus infeksiyasına ümumi yoluxma hallarının sayı 196 044-ə çatıb.
Son sutka ərzində Ermənistanda koronavirus ağırlaşması nəticəsində 23 nəfər ölüb. Koronavirusa yoluxmuş, lakin digər səbəblərdən ölənlərin sayı isə 14 nəfər olub.
Bildirilir ki, ölkədə ümumilikdə 3575 nəfər koronavirusun ağırlaşmalarından ölüb. COVID-19-a yoluxmuş, lakin digər səbəblərdən ölənlərin ümumi sayı isə 918-dir.
İnfeksiyadan qurtulanların sayı 175 401-dir. 16 150 nəfər müalicə altındadır. Edilən testlərin ümumi sayı 869 652-dir.