5 Aprel 2021 12:30
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hökuməti cəmiyyəti Türkiyə ilə dialoqa hazırlaşdırır, hakimiyyətin son həftələrdə verdiyi bütün açıqlamalar və mesajlar buna yönəldilib”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Sergey Melkonyan deyib.

Onun sözlərinə görə, İrəvan-Ankara münasibətləri mövzusundakı müzakirələr Ermənistanın siyasi rəhbərliyinin bir neçə sensasion açıqlamasından sonra daha da güclənib:

"Əvvəlcə Baş nazir Nikol Paşinyan dedi ki, bölgədə Ermənistan ətrafında əlverişli atmosfer yaratmaq lazımdır, bunun üçün regionla əlaqədar baxışımızı dəyişdirməliyik. Bir neçə gün sonra Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə ilə münasibətlərə yanaşmada düzəlişlərin tərəfdarı olduğunu bildirdi”.

Melkonyanın sözlərinə görə, əvvəlki hakimiyyətlərdən fərqli olaraq, hazırkı hökumət Türkiyə ilə münasibətləri bərpa etməyə daha çox həvəs göstərir.

Ekspert Ermənistan rəhbərliyinin Qarabağda da daxil olmaqla, bir çox iddiadan Türkiyə və Azərbaycanla münasibətləri qaydasına salmaq üçün imtina etməyə hazırdır:

“Mövcud Ermənistan hökumətinin baxışı son dərəcə aydındır: bölgədəki kommunikasiyaları açmaq üçün mümkün olan hər şeydən imtina etmək lazımdır, bundan sonra ölkələr öz aralarında ticarətə başlayacaq və Ermənistan vətəndaşları yaxşı yaşayacaqlar. Ermənistan rəhbərliyi indi seçkiləri gözləyərək, öz elektoratını bu istiqamətə yönəltməyə çalışır”.

Melkonyan hesab edir ki, İrəvan indiki halda Bakı və Ankara ilə dialoqa girsə, uduzan tərəf olacaq. O, müharibədə məğlub olmuş Ermənistanın hazırkı situasiyada əlinin olduqca zəif olduğunu bildirib.

Ekspert Mehri dəhlizinin açılmasından və ya əlaqələrin bərpasından sonra Ermənistanın Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər