6 Aprel 2021 12:42
2 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi İstintaq Xidməti general-polkovnik Movses Akopyanın ifadələri əsasında başlanan cinayət işinin istintaqı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyana bildiriş göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, işin istintaqı zamanı keçmiş müdafiə naziri David Tonoyan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan artıq dindirilib.

Nəşr Ermənistan hökumətinin başçısının xidmətdə dindirilib-dindirilmədiyi barədə məlumat əldə edə bilməyib: “Bildiriş bu yaxınlarda göndərilib. Amma Paşinyan Moskvaya gözlənilən səfəri ilə əlaqədar özünü təcrid edib”.

Keçmiş qərargah rəisi Movses Akopyanın 2020-ci ilin noyabrında ayında keçirdiyi mətbuat konfransından sonra hazırlanan materiallar əsasında Ermənistan Xüsusi İstintaq Xidmətində onun barəsində cinayət işi açılıb.

Akopyan İkinci Qarabağ müharibəsi dövründə Ermənistan rəhbərliyinin vətəndaşlara 100 faiz yalan danışdığını bildirib. Onun sözlərinə görə, məğlubiyyətin ilk səbəbi təcrübəsiz rəhbərlik, ordunu döyüş vəziyyətinə keçirərkən edilən səhvlər olub. Bundan əlavə, Akopyan iddia edib ki, orduda iki il əvvəl başlayan islahatlar və optimallaşdırma nəticəsində şəxsi heyətin sayı ciddi şəkildə azaldılıb.

General səfərbərlik prosesindəki problemlərdən də danışıb. Onun sözlərinə görə, Qarabağda ordunun səfərbərliklə gücləndirilməsi 78, Ermənistanda isə 52 faiz olub. General hesab edir ki, ümumi səfərbərlik hərbi əməliyyatların başlamasından 48 saat sonra həyata keçirilməli idi. Bundan əlavə, Akopyan qeyd edib ki, Paşinyan müharibənin üçüncü günündə hərbi hissələrin ehtiyat qüvvələrlə təmin edilməsini dayandırmağı əmr edib, bunun əvəzinə hazırlıqsız könüllüləri toplamağa çağırıb.

Mətbuat konfransından sonra Movses Akopyan barəsində Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər