“Vladimir Pozner Kremlin təlimatıyla Robert Köçəryandan müsahibə götürüb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistanın ikinci prezidentinin Rusiya mediasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib:
“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan iyunun 20-nə təyin edilmiş parlament seçkilərində partiyalar blokunun rəhbəri qismində qatılacağını bəyan etdikdən sonra Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Pozner” verilişinə müsahibə verdi. Bu müsahibəni necə qiymətləndirmək lazımdır və bu kimə mesajdır?
Aydındır ki, özünü “müstəqil” jurnalist kimi qiymətləndirən Vladimir Pozner Kremlin təlimatıyla Robert Köçəryandan müsahibə götürüb. Kreml bununla Paşinyana və erməni cəmiyətinə mesaj göndərib ki, Köçəryanın ölkəsində aşağı reytinqinə baxmayaraq, ona inanır və güvənir. Kreml bilir ki, Köçəryanın formalaşdırdığı blok Paşinyan üzərində qələbə çalmayacaq, ancaq heç olmasa parlamentdə ana müxalifət statusunu qazanacağına çalışır”.
Köçəryanın Qarabağla bağlı söylədiklərinə gəldikd, Elxan Şahinoğlu qeyd edib ki, o, müsahibəsində reallığı ortaya qoyub:
“O deyib ki, Ermənistan inidiki halıyla “itirdiyi ərazilər”i geri qaytara bilməyəcək. Buna baxmayaraq, Köçəryan mövcud anlaşmaları ədalətli hesab etmir. Gəncliyindən bu yana siyasi fəaliyyətini Azərbaycan torpaqlarının işğalı və soyqırımlar üzərində formalaşdıran şəxsdən “Dağlıq Qarabağ Azərbaycana aiddir” açıqlamasını gözləmirdik”.
Ekspert Köçəryanın Rusiya prezidenti ilə görüşünə də diqqət çəkib:
“Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla söhbətləşib. Onlayn fotmatında keçirilən görüş bir saata yaxın olub.
Bir dəfə Köçəryandan soruşurlar ki, necə oldu Rusiya prezidenti ilə dost oldu? Köçəryan cavabında deyir ki, xarakterlərimiz və dünya
baxışlarımız uyğundur. Torpaqlarımızı işğal edən və torpaqlarımızda soyqırımlar planlayan bir şəxsin dostu haqqında biz nə düşünməliyik? Moskvaya səfərə və Rusiya prezidenti ilə görüşə hazırlaşan Ermənistan Baş naziri Nikol Paşinyan da Köçəryanın ondan əvvəl Kreml sahibi ilə görüşü düşündürür”.