Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş Ermənistanın paytaxtı İrəvanda baş tutub.
Bölgədəki son duruma diqqət çəkilən görüşdə Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə fikir mübadiləsi aparılıb.
Baş nazir Qarabağ məsələsinin Rusiya prezidenti ilə danışıqların gündəliyindəki ən vacib maddələrdən biri olduğunu söyləyib.