9 Aprel 2021 14:59
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdan erməni “hərbi əsirlər”in qaytarılacağına dair yayılan məlumat təxribat idi.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov İrəvandakı "Radisson Blu Hotel"in avtomobil parklanma yerində onu izləyən “Hraparak" qəzetinin müxbirinə deyib.

Jurnalist Ermənistan rəsmilərinin niyə “hərbi əsir” mübadiləsinin həyata keçiriləcəyini elan etdiyini soruşub.

Buna cavab olaraq R.Muradov “Yalandır və təxribatdır. Onlardan soruşun. Onlar əhalini aldadırlar” deyib.

Onun sözlərinə görə, bu cür heç bir tədbir planlaşdırılmamışdı: "Bu, adi, işgüzar səfər idi".

Jurnalistin “hazırda Paşinyanla görüşə gedirsiniz?” sualına cavab olaraq Rüstəm Muradov “şərh etmirəm, vəssalam, sağ olun” deyib.

Qeyd edək ki, dünən Ermənistan hakimiyyəti bir qrup “hərbi əsir” olan növbəti təyyarənin Bakıdan İrəvana gələcəyini elan edib. Ancaq təyyarə “hərbi əsirlər” olmadan İrəvana gəlib. Eyni zamanda, Rusiya tərəfi təyyarənin gəlməsindən əvvəl də “hərbi əsir” mübadiləsini təsdiqləməyib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər