“Ermənistanda keçiriləcək parlament seçkilərində sürpriz olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının sədri və deputat Edmon Marukyan deyib.
Deputat hazırkı hakimiyyətin yenidən seçilmək şansının olmadığını bildirib.
“Onlar gedəcəklər və ölkəninin başına bu dövləti böhran çıxaracaq normal insanlar gələcək. Məsələn, mənim kimi insanlar”, - Marukyan söyləyib.
O, Ermənistanın siyasi həyatının zooparka çevrildiyini bildirib.