Son vaxtlar Ermənistan ordusunun hərbi qulluqçuları arasında hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən gecikmə halları artmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, bu ölkənin KİV-lərində yer alan xəbərlərdə Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin hərbi qulluqçusu Orber Ayvazyanın xidmət yerindən qaçdığı bildirilir. Qafan ərazisindəki postdan fərarilik edən O.Ayvazyanın tapılması və geri qaytarılması ilə bağlı komandanlıq tərəfindən tədbir görülür.