10 Aprel 2021 19:27
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvan və Razdandakı İES-lərin enerji sistemlərindəki payı indiki qədər qalarsa və qaz taariflərinin də qoruyub saxlanmasının çətin olduğu nəzərə alınarsa, qısa müddət ərzində onun qiymətlərində artım gözləmək olar.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vahe Davtyan deyib.

O, istisna etmir ki, yaxın dövrdə “Qazprom Ermənistan” qaz taariflərini artırmaq üçün Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasına müraciət edəcək.

Onun fikrincə, indi “Qazprom Ermənistan” şirkətində müşahidə edilən bəzi nüanslar qiymət artımını qaçılmaz edir. İqtisadçı dediklərinə arqument kimi şirkətin sərmayə proqramına yenidən baxılması və əməkdaşlarının sayının azaldılmasını göstərib: “Çox güman ki, şirkət qiymətləri ən azı 5-6 faiz qaldırmağa çalışacaq”.

Xatırladaq ki, sonuncu dəfə Ermənistanda qaz tarifləri 2020-ci ilin iyununda, elektrik enerjisi üçün isə 2021-ci ilin fevralında artırılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər