15 Aprel 2021 00:57
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan koronavirus testindən keçib, nəticə müsbət olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan “Facebook”da məlumat yayıb.

Qeyd edib ki, sabiq prezidentə profilaktik müalicə təyin olunub: “Ter-Petrosyan evdə həkimlərin nəzarəti altında müalicə olunur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər