Ermənistan parlamentinin inzibati binası qarşısında əsgər valideynləri aksiya keçirir.
Teleqraf.com-un erməni mediasına istinadla verdiyi məlumata görə, əsgər anaları tələb edirlər ki, övladlarını Qarabağdan çıxarıb Ermənistandakı hərbi hissələrdə yerləşdirsinlər.
Son xəbərlərə görə, beş əsgər valideyni Baş nazir Nikol Paşinyanla görüşüb.
Qeyd edək ki, əsgər valideynləri bundan əvvəl baş nazirin köməkçisi Naira Sərkisyanla görüş keçirib, amma nəticələrdən razı qalmayıblar.
Övladları Xankəndi, Ağdərə və Xocavənd istiqamətində olan əsgər valideynləri Ermənistan Müdafiə Nazirliyi, Nazirlər Kabineti və digər qurumlar qarşısında vaxtaşırı mitinqlər keçirirlər.
Onlar övladlarının Qarabağdakı erməni separatçılarının nəzarəti altında olan torpaqlarda xidmət etməsinə qarşıdırlar və tələb edirlər ki, onlar Ermənistandakı hərbi hissələrə köçürsünlər.