22 Aprel 2021 11:45
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanın mərkəzi prospektlərindən birində (Arşakunyats) partlayış səsi eşidilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Agentlik hərəkətdə olan bir avtomobilin partladığını bildirib. Xilasedicilər hadisə yerinə gəliblər. İlkin məlumata görə, iki nəfər ölüb, bir yaralanıb.

Partlayışın səhər saat 7: 58-də olduğu bildirilib. Baş verənlərin səbəbləri araşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu