22 Aprel 2021 11:22
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları Ermənistanın Mehri şəhərinin meri Mxitar Zaxaryanı polis bölməsinə aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Zaxaryanın vəkili Qayana Papoyan məlumat verib.

Vəkil qeyd edib ki, Mehri merinin hansı polis bölməsinə aparıldığı barədə dəqiq məlumat yoxdur.

“İndi onun hara aparıldığı barədə dəqiq məlumatımız yoxdur. Əvvəlcə onu Mehri polis bölməsinə, daha sonra Qafana apardıqlarını dedilər. İndi də polislərin müşayiəti ilə İrəvana aparıldığı barədə məlumat var”, - Papoyan söyləyib.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı dünən Zəngəzur bölgəsinə səfər edib. Baş nazir Nikol Paşinyan Qafan və Mehridə etirazlarla qarşılanıb. Baş nazirin əleyhinə “Nikol vətən xainidir”, “Nikol, rədd ol”, “Nikol türkdür” kimi şüarlar səsləndirilib. Bundan sonra Paşinyan tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma baş verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər