22 Aprel 2021 13:44
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gənc özlərini Ermənistan hökumətinin binasının girişinə zəncirləyib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, İrəvan polisi özünü zəncirləyən gənclərin bəzilərini həmin yerdən uzaqlaşdırıb.

“Qurtuluş” təşəbbüsü üzvlərindən biri “Nikol vətən xainidir!” şüarını səsləndirib.

Gənclərdən biri isə zəncirin qıfılını möhürlədiyini bildirib: “Paşinyanın kabinetinə çətinliklə daxil olması üçün hər şeyi etdik”.

Özünü qapıya zəncirləyən qadın isə bildirib ki, Paşinyan Sunikdə bildirib ki, özləri özlərini müdafiə etməlidir.


Müəllif: Cavad

Oxşar xəbərlər