23 Aprel 2021 20:13
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 26-da Moskvaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, o, səfər ərəfəsində Rusiyanın “Novosti” agentliyinin suallarını cavablandırıb.

Qriqoryan Ermənistan sərhədlərinin qorunması ilə bağlı Rusiya ilə yeni müqavilənin imzalanması məsələsinə də toxunub.
Jurnalistin məsələ ilə əlaqədar sualına cavab verən Qriqoryan hazırkı situasiyada buna ehtiyacın olmadığına eyham vurub.
O, bunun durumdan asılı olacağını bildirib:

“Hansısa problemlərlə qarşılaşarıqsa, əlavə müqavilələrin imzalanması və ya mövcud olanların yenilənməsi məsələsinə də baxacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər