25 Aprel 2021 23:43
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzurda Azərbaycanla sərhəddə xidmət aparan erməni sərhədçilərindən silahlar yığılır.

Teleqraf.com Baku TV-yə istinadən Bu barədə erməni mediası Zəngəzur sakini, rahib Artur Ayvazyanın canlı yayımındakı həyəcan təbilinə istinadən məlumat yayıb.

Videoda rahib adlanan Ayvazyan qeyri-etik ifadələrlə Nikol Paşinyanın əmri ilə Zəngəzurdaki sərhədçilərdən silahların alındığını bildirir.

O, bu vəziyyətdən narahat olduğundan Paşinyanı söyərək təhqir edib.

Ermənistandan deportasiya olunan Qazaxıstan vətəndaşı, "Orbeli" mərkəzinin keçmiş mütəxəssisi Andranik Ovannisyan da teleqram paylaşımı edərək Zəngəzurda strateji mövqelərin birtərəfli qaydada Azərbaycana təhvil verildiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər