Ermənistanın hakim “Mənim addımım” fraksiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, bu proses parlamentin buraxılması və iyunda növbədənkənar seçkilərin keçirilməsi üçün lazımdır.
Xatırladaq ki, Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi üçün prosedur qaydalarına uyğun olaraq aprelin 25-də istefa verib. Prezident Armen Sarkisyan Paşinyanın istefasını qəbul edib.