28 Aprel 2021 14:57
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistandakı hərbi-siyasi vəziyyət növbəti dəfə gərgin fazaya qədəm qoyur. Baş nazir Nikol Paşinyan onun istefasını tələb edən generallara qarşı hərəkətə keçib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Paşinyan “qiyamçı generallar”a qarşı cinayət işinin açılması təlimatını verib, bu çərçivədə bir çox yüksək rütbəli hərbçinin həbs olunması mümkündür:

“Paşinyan yeni baş qərargah rəisi Artak Davtyan vasitəsilə bildirdi ki, sabiq baş qərargah rəisi Onik Qasparyanla birlikdə istefa bəyanatına qol çəkən generallara toxunmayacaq. Təbii ki, bu, Paşinyanın ona qarşı açılan hərbi cəbhə əleyhinə manevri idi. Çünki az qala orduda bütün korpusun rəhbərlərinin Paşinyanın istefasını tələb edən bəyanatın altında imzası var.

Paşinyan onların ordu sıralarında qalmasını özü üçün hədə hesab edir. Hazırda isə o, daxildəki prosesləri nəzarətə almağa çalışır. Qənaətimə görə, Paşinyanın istefasını tələb edən və orduda əsas vəzifələri tutan bu generallar Rusiya və Robert Köçəryana bağlı şəxslərdir. Buna görə də onları zərərləşdirmək Paşinyanın strateji planlarına daxildir. Hazırkı həssas məqamda onları orduda saxlamaq, Rusiya və Köçəryan təhlükəsinin böyüməsinə yol açmaq deməkdir”.

Məhəmməd Əsədullazadə bildirib ki, belə hərbçilərin orduda qalması Paşinyanın islahatarına mane olacaq:

“Həmin generalların Aəzrbaycanla əlaqələrin normallaşdırılması prosesinə və Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışacaqları dəqiqdir. Buna görə də, Paşinyan bu generalları ordudan təmizləməklə, qarşısındakı maneləri aradan qaldıracaq. Bununla həm də Rusiyanın ordudakı mövqeyini zəiflədəcək. Eləcə də, bununla özünün hakimiyyətini gücləndirəcək.

Birincisi, ona qarşı çıxan genaralları ordudan qovmaqla ehtimal olunan hərbi çevrilişin qarşını alır. İkincisi, Rusiya və “Qarabağ klanı”nın ordu ilə əlaqəsini kəsir. Üçüncüsü, orduda revanşizmin qarşısını alır və silahlı qüvvələri yenidən komplektləşdirir. Dördüncüsü, Azərbaycanla normallaşma əlaqələri və Zəngəzur dəhlizinə maneələri aradan qaldırır.

Bir neçə gün əvvəl Zəngilan istiqamətində Azərbaycana qarşı törədilən təxribatın arxasında bu generalların durduğuna inanıram”.

Ekspertin fikrincə, Paşinyan onun istefasını tələb edən generalları ordudan qovmasa, onun hakimiyyəti və aparcağı islahlatlara təhlükə yaradacaqlar: “Buna görə də, baş qəraragah rəsininin birinci muavinindən başlayaraq, təmizləmə işinə start verib. Növbə digər generallara çatacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər