6 May 2021 17:44
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda 20 iyun seçkilərinə qatılacaq sabiq prezident, hərbi cani Robert Köçəryan “Dirçəliş Ermənistan” və Daşnaksütyun Partiyasının seçki blokuna rəhbərlık edəcək.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Yüksəliş Ermənistan Partiyası ilə Daşnaksütyun Partiyası Robert Köçəryanın rəhbərliyində blok qurmağa və seçkilərə qatılmağa razılaşıb.

Qeyd edək ki, indiyə qədər Köçəryanın hansı partiyalar tərəfindən dəstəklənəcəyi bilinmirdi. İndisə bəlli olur ki, bu hərbi canini öz ölkəsində belə yalnız cinayətkar siyasi qurumlar dəstəkləyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər