8 May 2021 15:40
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah İrəvanda hakimiyyətə gəlmək niyyəti ilə 20 iyun seçkilərində iştirak edəcək revanşist qüvvələr Azadlıq meydanında mitinq keçirəcək.

Teleqraf.com xəbər verir ki, aksiyanı sabiq Ermənistan prezidenti Robert Köçəryan təşkil edir.

Köçəryanı seçkilərdə və kampaniya dövründə Daşnaksütyun Partiyası müdafiə edir. Ümumilikdə ən qatı radikal fərdlər və qurumlar məhz bu birlikdə təmsil olunurlar. Onlar eyni zamanda Azərbaycana qarşı sərt mövqeləri ilə seçilir.

Ekspertlər hesab edirlər ki, sabahkı mitinq və orada iştirakçılıq əslində hər şeyi ortaya çıxaracaq.

Köçəryanın mitinqindən sonra Nikol Paşinyanın eyni məkanda aksiya keçirəcəyi ehtimal olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər