10 May 2021 14:21
2 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş nazir Nikol Paşinyan 44 günlük müharibənin hakimiyyətinin ən böyük problemi olduğuna inandığını, amma Qarabağla bağlı geriyə dönüşü olmayan nöqtənin onun iqtidara gəlişindən əvvəl yarandığını bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.

“2018-ci ildə hakimiyyətə gələndə Qarabağla bağlı geriyə dönüşü olmayan nöqtədən başladıq”, - Paşinyan qeyd edib.

Eyni zamanda, baş nazir qurduğu hökumətin inqilabın əsas məqsədini reallaşdırmağı bacardığını düşünür: “Vətəndaş özünü ölkənin ağası hesab edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər