12 May 2021 14:01
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanda 250-dən çox avtobus sürücüsü işə çıxmayıb.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, paytaxt İrəvanda bu sayda avtobus sürücüsünün işə çıxmaması ciddi rəqəm sayılır və sərnişin daşınması üçün əsaslı problem yaradır.

Sürücülərdən biri deyib ki, sərnişinlər və insanlar bilmirlər ki, onlar necə işləyirlər: “Onların benzini yoxdur ki, reysləri həyata keçirsinlər”.

Sürücülər yalnız işi dayandırmayıblar, onlar eyni zamanda etiraz edirlər. Qeyd edirlər ki, yalnız benzin deyil, avtomobilin xarab olan detallarını da əldə edə bilmirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər