19 May 2021 14:35
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş Prokurorluğu 9-10 noyabr 2020-ci il tarixində İrəvanda baş verən kütləvi iğtişaşlar faktı ilə əlaqədar ümumilikdə 54 nəfərə qarşı ittiham irəli sürüb.

Teleqraf.com xəbər verir ki, iğtişaşlar Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında barışığın imzalanmasından sonra baş verib.

İğtişaşların iştirakçıları cinayət məcəlləsinin bir sıra maddələri ilə mühakimə olunurlar: kütləvi iğtişaşlar təşkil etmə, zorakı yollarla hakimiyyəti ələ keçirməyə cəhd, hüquq mühafizə orqanlarının qanuni tələblərinə tabe olmamaq, zorakılıq təhdidindən istifadə edərək nəqliyyat vasitələrini oğurlamaq, hökumətə və parlamentə qanunsuz giriş, binalar, dövlət əmlakına ziyan vs.

Parlamentin spikeri Ararat Mirzoyanın döyülməsi ilə bağlı ayrı bir cinayət dosyesi açılıb və araşdırma aparılır.

Bəzi insanlar qanunsuz silah əldə etmə, saxlama və daşımaqda da günahlandırılır.

Hazırda işin ibtidai istintaqı davam etdirilir.

Xatırladaq ki, noyabrın 10-na keçən gecə Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra bir qrup insan hökumət və parlament binalarına soxulub, eyni zamanda spiker Ararat Mirzoyanı döyərək ağır xəsarət veriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər