Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar masasında müəyyən bir sənədin olduğu barədə məlumatı təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, o, bunu hökumət iclasında bildirib.
O, Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli danışıqların getdiyini söyləyib.
O, Azərbaycanla razılaşma olacağı təqdirdə, bu sənədi imzalayacağını deyib.
Paşinyan indi sənədlərin təfərrüatını açıqlamaq istəmədiyini, çünki danışıqların hələ davam etdiyini diqqətə çatdırıb.