20 May 2021 17:30
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Armen Sərkisyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan tərəfindən adı çəkilən sənədin təfərrüatlarından və bununla bağlı müzakirələrdən tamamilə xəbərsizdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Prezident Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda deyilir.

“Respublika prezidenti sənədlə əlaqəli proseslərdə olmayıb və iştirak etmir. Prezident hesab edir ki, bu cür proseslər mümkün qədər ictimaiyyətə açıqlanmalı və bütün maraqlı tərəflərin iştirakı ilə həyata keçirilməlidir”, - bəyanatda deyilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər