20 May 2021 22:14
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Məhkəməsi Ermənistan Prezidenti Nikol Paşinyanın şikayətini icraata götürüb.

Teleqraf.com xəbər verir ki, şikayət Paşinyanın “Armenian Times” qəzetinin redaktoru olduğu zamanlarda baş verən olaylarla bağlıdır.

Jurnalist Paşinyan 2007-ci ildə seçkiyə hazılaşan Ermənistanın prezidenti Levon Ter-Petrosyanın aktiv dəstəkçisi və onun seçki qərargahının üzvü olub.

Paşinyan bir qrup Ter-Petrosyan tərəfdarı ilə birgə yaxınlaşan mitinqlə bağlı insanları bilgiləndirmək məqsədilə küçə-küçə dolaşarkən, polis hücumuna məruz qalıb, saxlanılıblar. Tanış polisin qanuni tələbinə əməl etməmək, onlara söyüş söyməkdə günahlandırlan saxlanılan şəxslər yazılı xəbərdarlıqdan sonra sərbəst buraxılıblar.

Eyni zamanda Paşinyana polisə xəsarət yetirmək ittihamı ilə cinayət işi də açılıb və açıq qalıb.

2008-ci ildə seçkilər keçirilib və rəsmi Sarqisyan prezident seçilib. Fevralda İrəvanda Ter-Petrosyanın seçkinin nəticələrinin ləğv edilməsini tələb edən tərəfdarlarının etiraz aksiyaları başlayıb.

Paşinyan həmin aksiyaların öndə gedən simalarından olub. Martın əvvəlində aksiyalarda qarşıdurma baş verib, polis bir qrup müxalif fəal, lideri həbs edib, çevriliş cəhdi, polisə hücum, xəsarət və başqa ittihamlarla cinayət işi açılıb.

Paşinyan gizlənib, barəsində axtarış elan edilib. O, 2009-cu ildə təslim olub və barəsində məhkəməyə qədər həbs tədbiri seçilib. 2010-da o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Yuxarı məhkəmələr həmin hokum dəyişməyib.

Paşinyan AİHM qarşısında iddia edir ki, Ermənistan məhkəmələri onun azadlıq və toxunulmazlıq, ifadə azadlığı, toplaşmaq hüququna müdaxilə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər