Ermənistan polisinin əməkdaşları paytaxt Yerevanda Nikol Paşinyan əleyhinə aksiya keçirən etirazçılardan bəzilərini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, polis mərkəzi Baqramyan prospektində, parlamentin binası qarşısında kordon yaradıb ki, aksiyaçılar ora toplaşa bilməsin.
Qeyd edilir ki, burada 300-ə yaxın fəal toplaşıb. Polis onlardan 10-unu saxlayıb.