“Qarabağdakı hərbi əməliyyatlar oktyabrın 10-da dayandırıla bilərdi, amma Paşinyan buna getmədi”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Demokrat partiyasının lideri Aram Sərkisyan deyib.
Partiya rəhbəri Qarabağla bağlı üçtərəfli anlaşmaların Ermənistanın lehinə olmadığını bildirib.
Keçən payızda Qarabağda baş verən hərbi əməliyyatları şərh edən siyasətçi müharibənin qarşısını almağın mümkün olduğunu bildirib:
“Sizi inandırıram ki, Paşinyan tamamilə qeyri-peşəkar davranışları ilə bizi müharibəyə gətirib çıxardı. Hərbi əməliyyatlar oktyabrın 10-da dayandırıla bilərdi”.
Sərkisyanın fikrincə, üçtərəfli bəyanat Ermənistan üçün təslimçilik sənədidir.