Ermənistanda erkən parlament seçkiləri gələn bazar günü keçirilsə, sorğuda iştirak edənlərin 24.8%-i Baş nazir Nikol Paşinyanın “Mənim Addımım” blokuna səs verəcək.
Teleqraf.com xəbər verir ki, bunu ”Gallup International” assosiasiyasının Ermənistan nümayəndəliyinin son tədqiqatlarının nəticələri sübut edir.
“Gallup”un aprelin sonunda apardığı bir araşdırmaya görə, 27.2% “Mənim addımım”a səs verməyə hazırdır. Bir ay ərzində hakim partiyaya dəstək 3.6% azalıb.
Respondentlərin 14.3% -i keçmiş prezident Robert Köçəryanın “Ermənistan” blokuna səs verməyə hazırdır. Bundan başqa, respondentlərin 4.1%-i “Çiçəklənən Ermənistan”, 2.5%-i Serj Sərkisyanın Respublikaçı Partiyasına səs verməyə hazır olduqlarını bildirib.