Ermənistan müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov bu gün Qarabağda sülhməramlı missiya prosesini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, Rüstəm Muradov Rusiya hərbi qruplaşmasının atəşkəsi qorumaq üçün gördüyü işləri təqdim edib.
Həmsöhbətlər, həmçinin, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, erməni tərəfinin hərəkətlərini və vəziyyəti həll etməyin mümkün yollarını müzakirə ediblər.
Vaqarşak Arutyunyan Ermənistanın bu məsələdə mövqeyini bir daha rusiyalı generala təqdim edib.