26 May 2021 11:16
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və İran xarici işlər nazirləri – Ara Ayvazyan və Məhəmməd Cavad Zərif arasında təkbətək danışıqlar başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Təkbətək danışıqlardan sonra müzakirələr geniş tərkibdə davam etdiriləcək.

Zərif İrəvana səfəri çərçivəsində Ermənistan Prezidenti Armen Sərkisyan və Baş nazir Nikol Paşinyanla görüşəcək.

İranlı nazir bundan əvvəl Azərbaycana səfər etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər