Ermənistanda gərginlik davam edir, qarşıdurma tərəfləri “ölüm və olum” haqqında qərar veriblər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bəyan edib.
Onun sözlərinə görə, Robert Köçəryan və Nikol Paşinyan tərəfdarları az qala döyüşə girib.
Ter-Petrosyan bu prosesin daha da dərinləşəcəyini və seçkilərin daxili müharibə olmasa da, toqquşmalarla nəticələnə biləcəyindən ehtiyat edir: “Hər iki tərəf də "ölüm və olum" məsələsinə qərar verib.
Seçkilərdə qələbə qazanacağı təqdirdə rəhbərlik etdiyi “Erməni Milli Konqresi” nin proqramından danışan ölkənin birinci prezidenti deyib ki, dövlət maşınını işə salmağın vacibliyi əsas prioritetdi: “Bu gün dövlət maşını əzildi, respublikamızın nəzarət qabiliyyəti sıfırdır. Ermənistan da prezident idarəetmə sisteminə qayıtmalıdır: Parlament sistemi bizim üçün məhv deməkdir”.
Sabiq prezident Ermənistanda seçkilərdən sonra vəziyyətin inkişafı üçün ən pis variantı siyasi qüvvələrin heç birinin parlamentdə çoxluq qazana bilməyəcəyində görür: “Bu vəziyyətdə qurula bilən koalisiyalar bir qayda olaraq zəif olur və hökumət altı aydan bir və ya ildə bir dəfə dəyişir”.