Ermənistan hakimiyyəti jurnalistlərin Respublika Günü münasibəti ilə tədbirlərin keçirildiyi Sardarapat memorial ərazisinə girişinə qadağa qoyub.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, polislər əraziyə gedən yolu bağlayıb və keçməyə icazə vermir.
Məlumatra görə, jurnalistlər Baş nazir Nikol Paşinyanın xatirə abidəsini ziyarət edəcəyi əsnada orada ola bilməyəcəklər. Yalnız ictimai televiziyaya tədbiri işıqlandırma hüququ verilib.