Eçmiədzində məşhur kriminal avtoritet Artur Asatryanın (Don Pipo) qardaşı öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Hazırda hadisə yerində araşdırma aparıldığı deyilib.
Xatırladaq ki, əvvəllər Teleqram kanalları İrəvanda bir kriminal dəstənin üzvlərinin tutulması barədə video yaymışdı. İddiaya görə, dəstə hakim “Mənim addımım” fraksiyasının deputatı Ayk Sərkisyanın himayəsi altında fəaliyyət göstərib.
Saxlanılan dəstənin Don Piponun qardaşının öldürülməsi ilə əlaqəli olub-olmadığı hələ məlum deyil.