1 İyun 2021 12:48
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın səhiyyə naziri Anahit Avanesyan Qarabağda həlak olan hərbçilərin cəsədləri ilə bağlı yaranmış vəziyyətə görə, onların yaxınlarından üzr istəyib.

Teleqraf.com xəbər verir ki, o, cəsədlərin lazımi şəraitdə saxlanılmadığını bildirib.

Avanesyanın sözlərinə görə, cəsədlərin kimliyinin müəyyənləşdirilməsi üçün mümkün olan hər şey edilib. O, hadisə ilə əlaqədar olaraq ortaya çıxan bütün nəticələrlə birlikdə rəsmi araşdırma aparıldığını deyib.

Səhiyyə Nazirliyinin rəhbəri həmçinin bildirib ki, məhkəmə tibb mərkəzi çərşənbə axşamı qalıqların müəyyənləşdirilməsi prosesinin gedişi və nəticələri barədə məlumat yayacaq.

Dünən Qarabağ müharibəsində itkin düşən erməni hərbçilərinin yaxınları İrəvanda etiraz aksiyası keçirib. Etirazçılara görə, Ermənistan hökuməti lazımsız səs-küydən qaçmaq üçün həlak olanların cəsədlərini soyuducuda uzun müddət gizlədib.

Etirazçılardan biri Arsen Qukasyan 200-dən çox cəsədin müxtəlif yerlərdə, o cümlədən meyvə soyuducularında gizli saxlanıldığını söyləyib.

Bundan əvvəl sosial şəbəkələrin erməni seqmentində Qarabağda öldürülən hərbçilərin plastik torbalara bükülmüş cəsədlərinin təsvir olunduğu fotolar yayılıb. Fotolardan cəsədlərin Abovyan Tibbi Mərkəzinin zirzəmisində pərakəndə şəkildə atıldığı məlum olub. Fotolar Ermənistanda ciddi etirazlar yaradıb. Faktla bağlı rəsmi araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər