Ermənistan Prezidenti Armen Sərkisyan iyunun 3-də Qazaxıstana işgüzar səfərə yola düşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat verilib.
Armen Sərkisyan səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, ölkənin ilk prezidenti Nursultan Nazarbayev və Qazaxıstan parlamentinin rəhbərliyi ilə görüşəcək.
Görüşlər zamanı həm Ermənistan-Qazaxıstan ikitərəfli əməkdaşlığı və dövlətlərarası münasibətlər, həm də Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin müzakirəsi planlaşdırıldı.
Azərbaycanla müharibədən sonrakı dövrdə bölgədəki durum da müzakirə ediləcək.