Bu gün İrəvanın mərkəzində, Abovyan küçəsində növbəti silahlı atışma qeydə alınıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, atışma zamanı öldürülən şəxslərdən biri kriminal avtoritet Rafael Mardoyanın mühafizəçisi olub.
Ehtimal olunur ki, əslində sui-qəsd cəhdi Mardoyanın özünə qarşı həyata keçirilib. Həmin vaxt o yaxınlıqdakı oteldə olub.
Erməni mediası qeyd edir ki, Rusiya dövlət nömrəli nişanlı iki zirehli avtomobil Abovyan küçəsində dayanıb. Onların hər ikisi Mardoyana məxsus olub. Cangüdənlərin öldürülməsi zamanı Mardoyan yaxınlıqdakı oteldə olub. Məlumata görə, hadisədən sonra onu polisə aparıblar.
Qeyd olunur ki, bu Mardoyanın həyatına edilən sayca 5-ci sui-qəsd aktıdır.
Xatırladaq ki, son illər İrəvan kriminal hadisələrin mərkəzi halına gəlib. Burada demək olar hər həftə kimlərsə güllələnir.