3 İyun 2021 10:26
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Robert Köçəryan seçkilərdə Nikol Paşinyanı məğlub edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan deyib.

O, Köçəryanın qələbəsinə inamın yalnız artan reytinqi ilə yox, həm də siyasi və etnoqrafik amillərlə əlaqəli olduğunu bildirib.

Soqomyan Paşinyanın seçkiləri qazanmaq şansının olmadığını söyləyib.

O, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” (“Hayastan”) blokunun heç bir halda Paşinyan və onu dəstəkləyən qüvvələrlə əməkdaşlıq etməyəcəyini vurğulayıb:

“Hazırda seçkilərdə iştirak etmək istəyən hökumət əleyhinə qüvvələrdən hər hansı biri ilə koalisiya qurulması mümkündür”.

Paşinyanın Köçəryan və birinci prezident Levon Ter-Petrosyanı debata çağırmaq təklifinə də toxunan Soqomonyan ikinci prezidentin bunda maraqlı olmadığını bildirib.

O, Köçəryanın heç bir məsələni Paşinyanla müzakirə etmək istəmədiyini qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu