Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov bu gün İrəvana gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Joxovurd” məlumat yayıb.
Nəşr rusiyalı generalın İrəvanda Azərbaycan ərazilərinə girməyə çalışarkən saxlanılmış 6 diversantın qaytarılması məsələsini müzakirə ediləcəyini bildirib.
Mənbə Muradovun səylərinə baxmayaraq, həmin şəxslərin qaytarılması yönündə müsbət irəliləyişin olmadığını yazıb.
Mayın 27-də Kələbəcər istiqamətində Azərbaycan ərazilərində minalama işləri aparan 6 erməni diversant ordumuz tərəfindən saxlanılıb.