Ermənistan baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin cəsədlərinin DNT testinin son mərhələyə qədəm qoyduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o deyib:
“Tanınmayan cəsədlər, eyni zamanda DNT nümunəsi verməyən itkinlərin yaxınları var. Qohumlar tərəfindən obyektiv və subyektiv səbəblərdən götürülməyən cəsədləri müəyyən etdik. Beşinci və ya altıncı cəhddən sonra da DNT-nin ayrılmadığı təxminən 50 qalıq var. Bunu öyrənmək üçün beynəlxalq tərəfdaşlara müraciət etməliyik”.
Ədliyyə Nazirliyinin Elmi-Praktik Tibb Mərkəzinin Abovyan şöbəsində meyitlərin və qalıqların düzgün saxlanılmaması məsələsinə toxunan Nikol Paşinyan hadisə ilə birbaşa əlaqəli olan bütün işçilərin işdən çıxarıldığını bildirib.