3 İyun 2021 20:58
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizəd göstərilən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Seçkilərə nəzarət üzrə komitə bildirib.

“Seçkilərə nəzarət üzrə komitənin internetdə apardığı monitorinq nəticəsində Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizədliyi irəli sürülən Tiqran Davudyanın İran vətəndaşı olduğu aşkarlanıb. Bu, Ermənistan Konstitusiyasının tələblərinin pozulmasıdır. Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilər”, - komitədən bildirilib.

Tiqran Davudyana İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim etmək məsləhət görülüb.

Qeyd edək ki, Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Vətəndaş Razılaşması Partiyasının qurucusudur.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda parlamentə növbədənkənar seçkilər keçiriləcək.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər