Ermənistanın Gümrü şəhərindəki Şirak hava limanı fəaliyyətini dayandıracaq.
Teleqraf.com erməni media resurslarına istinadən xəbər verir ki, hava limanının fəaliyyətinin dayandırılması təmir işləri ilə əsaslandırılır.
Bildirilir ki, liman 15 iyun-15 sentyabr tarixləri arasında qapalı olacaq. Rəsmi İrəvan bununla əlaqədar Beynəlxalq Mülki Aviasiya Təşkilatına müvafiq məlumat verib.
Məlumat üçün bildirək ki, Şirak hava limanı yalnız mülki məqsədlər üçün istifadə olunmur. Ermənistan ordusuna məxsus təyyarə və helikopterlər əksər hallarda bu hava limanından qalxış və eniş həyata keçirir.