Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Köçəryan bu dəfə başkəsənləri öz ətrafında cəmləşdirməyə başlayıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Köçəryan Ermənistanın ordu, polis və təhlükəsizlik sistemində işləmiş və hazırda təqaüddə olan bir qrup nümayəndəsi ilə görüşüb.
Görüşə vaxtilə Ermənistan Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyində işləyən yüksək rütbəli şəxslər də qatılıb.
Köçəryanın özü bəyan edib ki, belə bir görüşdən çox məmnundur.
Görünən odur ki, Köçəryanın görüşdüyü şəxslər bir zamanlar onun, daha sonra Serj Sərkisyanın dövründə yüksək postlar tutmuş şəxslərdir. Onlar işlədikləri müddətdə yalnız Azərbaycana qarşı kəskin mövqedə durmayıblar, eyni zamanda erməni xalqının qanını sorublar. Görünən budur ki, indi onlar Köçəryanla birlikdə revanş haqqında düşünməyə başlayıb.