“Ermənistanda hər kəs tam anarxiyanı hiss edir və şikayətlənir, ölkə başsız qalıb və bundan pis bir şey yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
Robert Köçəryan Baş nazir Nikol Paşinyan və komandasının ondan qorxduğunu söyləyib:
“Hamımız bilirik ki, onlar məndən qorxurlar və yeri gəlmişkən, doğru edirlər”.