İyunun 15-dən etibarən “Nordwind” aviakompaniyası Vladikavkaz üzərindən keçməklə Simferopol və İrəvan arasında uçuşlara başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Simferopol hava limanının mətbuat xidməti məlumat yayıb.
“Rusiyanın “Nordwind” hava yolları şirkəti iyunun 15-dən etibarən Simferopol beynəlxalq hava limanından İrəvana Vladikavkazdan keçməklə rahat tranzit reysləri tranzit uçuşlarını həyata keçirməyə başlayacaq”, deyə – məlumatda bildirilir.
Uçuşlar həftənin çərşənbə axşamı günü olmaqla oktyabrın 26-dək “Embrarer E190” təyyarələri ilə həyata keçiriləcək. Ümumi səfər müddəti təxminən beş saat olacaq. Mətbuat xidmətindən qeyd edildiyi kimi, bununla da Krıma uçuşların coğrafiyası 63 istiqamətə qədər genişlənəcək.