Zəngəzurun Tex kəndinin iki sakini təsərrüfat işləri görən zaman Azərbaycan tərəfə keçib.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 12-də traktorla təsərrüfat işləri aparan Tex kəndinin iki sakini azaraq Azərbaycan ərazisinə keçib. Azərbaycan və Ermənistan hərbçiləri, eləcə də rus sülhməramlılarının arasında aparılan danışıqdan sonra kəndlilər və traktor qaytarılıb”, - məlumatda qeyd olunub.