Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Arutyunyan həmsöhbətinə Ermənistanın problemləri dinc yolla həllində maraqlı olduğunu bildirib.
Tərəflər həmçinin Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədindəki Sünik və Geqarkunik bölgələrində yerləşdirilməsi məsələsini müzakirə ediblər.
Həmsöhbətlər Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar.