17 İyun 2021 15:52
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki günü Ermənistan Baş naziri Nikol Paşinyanın tərəfdarları təxribatlar təşkil edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri Paşinyanın bu addımı seçkidə qələbə qazanmaq üçün atacağını iddia edib:

“Bütün Ermənistan ərazisindəki inzibati resurslar hakim “Vətəndaş Müqaviləsi” partiyası seçicilərinin saat 12: 00-dək səs verəcəyi barədə məlumatlandırılıb. İddiaya görə, bundan sonra Nikol Paşinyanın tərəfdarları təxribatlar təşkil edəcəklər. Bu təxribatlar zamanı insanların qorxacaqları və evlərini tərk etməyəcəkləri hadisələr baş verəcək. Yəni seçki fəallığı nə qədər az olsa, Paşinyanın qələbəsi də mübahisəsiz olacaq”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkisi iyunun 20-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu