17 İyun 2021 23:28
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin bu günə qədər itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb.

Bu barədə Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası aparılacaq. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində mıəhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.


Müəllif: Teleqraf.com