19 İyun 2021 19:55
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın eks-prezidenti, “Hayastan” (“Ermənistan”) seçki blokunun rəhbəri, Xocalı canisi Robert Köçəryan dünən İrəvanda öz seçiciləri ilə yekun görüş keçirib.

Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, mitinqdə ən çox diqqət çəkən məqamlardan biri isə Köçəryanın gəlini, “Siruşo” ləqəbli müğənni Siranuş Köçəryanın oxuduğu mahnı sayıla bilər.

Məsələ ondadır ki, mahnı nəinki Köçəryan və tərəfdarlarının xəstə təfəkkürünü bir daha parlaqlığı ilə nümayiş etdirir, eyni zamanda, bu faşist düşüncəli zatın hakimiyyətə qayıdacağı təqdirdə erməni toplumunu gözləyən yeni fəlakətdən və bölgədə sülhə yaranacaq növbəti təhlükədən xəbər verir.

Keçək indi “Siruşo”nun oxuduğu mahnının sözlərinə. Onun şeir stilində rusca tərcümə mətninə diqqət edin: orada Mehmet Tələt paşanın qətlindən bəhs olunur. Tələt paşa, Türk xalqı ən pis söz və ifadələrlə təhqir olunur, aşağılanır, onu qətlə yetirən Teyleryan isə vəsf edilir, hətta bu killer “İsa peyğəmbərin davamçısı” adlandırılır:

“Налей вина!

Трагедией армян был мир потрясен,

И свергнут проклятый турецкий престол,

Я о смерти Талаата тебе расскажу.

Лей вино, мой друг, лей вино,

За здравье пьющих вино!

В Берлин Талаат-собака сбежал,

Но его и там настиг Тейлерян,

Пулей в лоб он на землю пса уложил!

Лей вино, мой друг, лей вино,

За здравье пьющих вино!

Талаата-собаку закопали в яме,

Сообщили новость талаатовской маме,

Пусть здравствует наш смельчак-доброволец!

Лей вино, мой друг, лей вино,

За здравье пьющих вино!

Пусть будет славной навеки память твоя,

Да святится, Христоносец, могила твоя,

С 28-ым Мая* поздравляем тебя!

Лей вино, мой друг, лей вино,

За здравье пьющих вино!”

Yada salaq: Mehmet Tələt paşa Osmanlı İmperiyasının son baş nazirlərindən biri və daxili işlər naziri, “Osmanlı Hürriyyət” cəmiyyətinin qurucu lideri, “İttihad və Tərəqqi” hərəkatının öncüllərindən olan dövlət xadimi, ermənilərin saxta “soyqırımın” təşkilində suçladığı əsas şəxslərdəndir. 1921-ci ildə Berlində Soqomon Teyleryan ad-soyadlı terrorçu erməni tərəfindən qətlə yetirilib.

Təbii ki, ermənilər Teyleryanı dərhal qəhrəman elan ediblər. Ona Ermənistanın Şirak bölgəsində bir neçə il öncə heykəl də ucaldılıb. Özü də necə - heykəlin ayağının altında məqsədli şəkildə Mehmet Tələt paşanın kəsik başın “qoyulub”.

Bu da bədnam millətə xas olan irqçi-faşist məfkurəsinin daha bir təzahürü! Yəqin ki, dünyanın heç bir guşəsində belə əcaib, anormal və faşist düşüncəni simvolizə edən heykəl yoxdur. Onu da ermənilər icad eləməklə, daha bir bəd ilkə imza atıblar.

Necə ki, nasist Qaregin Njdeyə İrəvanın mərkəzində 6 merlik abidə ucaldılıb və ora ermənilər üçün pirə çevrilib. Çünki xislət etibarilə bu xalq batil inanca, qatil və irqçi əxlaqa sahibdir. “Siruşo”nun oxuduğu mahnı isə əslində erməni xalqının himnidir. Əks halda, Ermənistan SSRİ dağılan kimi dünyanın yeganə mono-etnik dövlətinə çevrilməzdi (daha bir ilk)...

O da əsla təsadüfi deyil ki, prezident postunu tutduğu vaxt Avropa Şurasının tribunasından fəxrlə “ermənilərlə azərbaycanlılar genetik olaraq birgə yaşaya bilməz” irqçi və ksenofobik tezisi söyləmiş Robert Köçəryan məhz daşnaklarla ittifaqda parlament seçkilərinə qatılıb.

Odur ki, əslində Siranuşun Türkə aşırı nifrəti tərənnüm edən, alqışlarla qarşılanan mahnısına təəccüblənmək lazım gəlmir. Doğrudan da, “Su axar çuxurun tapar”. Faşistin, irqçinin gəlini irqçi olacaq da! Mahnının özü isə elə erməni toplumunun gerçək simasını göstərir. İndi biz belə bir toplumla dil tapmalı, sülh, əmin-amanlıq içində, qonşuluqda yaşamalıyıq...

Məlumat üçün onu da bildirək ki, 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş “Eurovision” mahnı müsabiqəsində iştirak edən “Siruşo” 2009-cu ildə Köçəryanın kiçik oğlu Levonla ailə qurub. İki il öncə, 2019-cu ilin iyununda isə o, Şuşadan, Cıdır düzündən fəxrlə fotolar paylaşmış, işğal altındakı torpaqlarımızda oyuncaq rejimin keçirdiyi futbol turnirində şou-proqramla çıxış eləmişdi.

Müzəffər Ordumuz onların topasının arzularını gözündə qoydu! Faşist Köçəryan hakimiyyətə gəlsə, yenə cavablarını alacaqlar. Özü də artıqlaması ilə!..


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər